Blinken Ankaraya gəldi, qarşılayan olmadı... - ABŞ-a şok mesaj
    • 6-11-2023, 10:49
    • 103

Blinken Ankaraya gəldi, qarşılayan olmadı... - ABŞ-a şok mesaj

ABŞ-ın Dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşmək üçün Ankaraya gəlib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

E.Blinken Esenboğa Hava Limanında adi səviyyədə qarşılanıb. Onu qarşılamaq üçün hava limanına ABŞ-ın Türkiyədəki səfiri Jeffry Flake, Türkiyə XİN-in Amerika üzrə məsul şəxsi Yaprak Balkan, Ankara Vali yardımçısı Namık Kemal Nazlı gedib.

Üstəlik Blinkenin Fidan ilə görüşəcəyi məkana gedən yolda Həmasa bağlı İzzeddin El Kassam Tugaylarının nümayəndəsi Ebu Ubeydenin fotosunun olduğu bayraq asılıb.