-
- 30-10-2023, 12:31
- 225
Fidan və Blinken arasında vacib zəng: nə müzakirə edildi?
ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziriHakan Fidan ilə Qəzza zolağında münaqişələrin yayılmasının qarşısının alınmasının vacibliyini müzakirə edib.
News24.az xəbər verir ki, Blinken bu barədə X sosial şəbəkə hesabında yazıb.
“Mən Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Qəzza münaqişəsinin digər bölgələrə yayılmasının qarşısını almaq üçün səylərimizi müzakirə etdim", - o yazıb.
Blinken həmçinin qeyd edib ki, onlar HƏMAS tərəfindən girovların azad edilməsi, Qəzzaya humanitar yardım və Türkiyənin İsveçin üzvlüyünü ratifikasiya etməsi məsələsini müzakirə ediblər.
Ayşən