Müharibə genişlənir: İsraildən
    • 6-11-2023, 13:25
    • 112

Müharibə genişlənir: İsraildən "hazırıq" mesajı

“Şimalda hücuma keçməyə hazırıq, bunun baş verə biləcəyini anlayırıq”.

News24.az xəbər verir ki, bu barədə İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.

Baş Qərargah rəisi “Hizbullah” terror təşkilatının mövqeləri yerləşən Livanın sərhəd ərazilərinə hücuma hazır olduqlarını və bunun baş verə biləcəyini açıqlayıb.

Halevi İsrailin Livanla sərhəd bölgələrinə gəlib.

Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə “Hizbullah” arasında vaxtaşırı qarşılıqlı atışmalar baş verir.

“Hizbullah” lideri Həsən Nəsrullah ötən həftəki çıxışında oktyabrın 8-dən Livan cəbhəsi olaraq döyüşdüklərini və bununla kifayətlənməyəcəklərini bildirib.

Ayşən