“Qəzzanı ələ keçirməyə hazırıq” - Halevi
    • 24-10-2023, 17:54
    • 310

“Qəzzanı ələ keçirməyə hazırıq” - Halevi

“Qəzzanı ələ keçirməyə hazırıq”.

News24.az “Jerusalem Post”-a istinadla xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin (İDF) Baş Qərargah rəisi general-leytenant Herzi Halevi deyib.

“İDF və Cənub Komandanlığı müharibənin məqsədlərinə çatmaq üçün yüksək keyfiyyətli hücum planları hazırlayır”, - o bildirib.

Halevi İsrail ordusunun Qəzzanı ələ keçirməyə hazır olduğunu açıqlayıb.

O əlavə edib ki, İDF dəqiq vaxtla bağlı qərarı razılaşdıraraq qəbul edir.

“İsrail dövləti HƏMAS terror təşkilatının başlatdığı müharibənin zirvəsindədir. Peşman olacaqlar, indi də peşman olmağa başlayırlar. İDF qüvvələri hazırda meydandadır və güclü müdafiə olunur. Biz hələ də hazır olmalıyıq”, - Halevi vurğulayıb.

Akqabay