Metronun iş rejimi DƏYİŞİR
    • 6-11-2023, 14:49
    • 171

Metronun iş rejimi DƏYİŞİR

“8-12 noyabr tarixləri qeyri-iş günü olduğundan "Bakı "Metropoliteni" QSC-nin iş rejimində də müvafiq dəyişiklik olunub”.

News24.az xəbər verir ki, bunu jurnalistlərə səhmdar cəmiyyətin sədr müavini Hidayət Məmmədov bildirib.

O vurğulayıb ki, nun “Zəfər günü” ilə əlaqədar qatarlar arasında interval 2 dəqiqə olacaq: 

“Həmin gün şəhərimizdə keçiriləcək kütləvi-mədəni tədbirlər nəzərə alınmaqla, qatarların hərəkəti "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla 2 dəqiqəlik intervalla tənzimlənəcək. Noyabrın 9-12-də isə həmin sahədə qatarların hərəkət intervalı 3 dəqiqə təşkil edəcək. Bununla belə hər gün sərnişin hərəkətinin intensivliyinin artması halında ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Bütün stansiyalarda sərnişinə xidmət qurğu və avadanlıqlarının iş rejimi istirahət günlərinin qrafikinə uyğun tənzimlənəcək. Həmçinin, “Bakmil” stansiyasına və əks istiqamətdə qatarlar noyabrın 8-də şənbə günü, qalan qeyri-iş günlərində isə bazar günü qrafikinə uyğun hərəkət edəcək”.


Fərid Azəri