Bayden: "Sabah atəşkəs ola bilərdi"
    • 12-05-2024, 04:02
    • 273

Bayden: "Sabah atəşkəs ola bilərdi"

Rəfaha böyük bir hücum olacağı təqdirdə İsrailə silah dəstəyini dayandıracağını açıqlayan Bayden Vaşinqton əyalətinin Sietl şəhərində qatıldığı toplantıda Qəzzada son vəziyyətlə bağlı qiymətləndirmələr edib.

News24.az xəbər verir ki, hər kəsin gözünün Qəzzada bundan sonra nə olacağına yönəldiyini və prosesi yaxından izlədiklərini ifadə edən Bayden, "Həmas girovları, qadınları və qocaları azad etsəydi, sabah atəşkəs olardı" dedi. 

İsrailin atəşkəsin Həmas-ın girovları azad etməsindən asılı olduğunu dediyini xatırladan Bayden, bu istiqamətdə addım atılarsa, atəşkəsin tez bir zamanda mümkün ola biləcəyini vurğulayıb.

Günel Məlikzadə