-
- 1-04-2019, 12:38
- 1 029
Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubunda oyunun ən yaxşısı seçilib
Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanın "Tobol" komandasında oyunun ən yaxşısı seçilib.
News24.az "Report"a istinadən bilririr ki, bu barədə klubun rəsmi saytında xəbər verilib. Xəbərdə qeyd edilib ki, "InStat" şirkətinin təhlili əsasında 25 yaşlı qolkiper Premyer Liqanın III turunda səfərdə "Şaxtyor"(Karaqanda) ilə görüşdə sərgilədiyi oyuna görə 286 xalla komanda yoldaşlarını qabaqlayıb.
Balayev sözügedən qarşılaşmada 100 faizlik nəticə göstərib. "Şaxtyor"la matçda 90 dəqiqə meydanda olan qolkiperin qapısına vurulan altı zərbədən ikisi çərçivəyə tuş gəlib və oyunçu qapısını toxunulmaz saxlayıb.
İkinci sırada 271 xalla Fernander Kassay, üçüncü yerdə isə 264 xalla Aleksandr Kleşenko qərarlaşıb.
Qeyd edək ki, görüş "Tobol"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda 3 turda 9 xal qazanmaqla turnir cədvəlində 1-3-cü yerləri bölüşdürür.