-
- 6-11-2023, 16:14
- 202
Fidan Blinken görüşünün gündəmi: humanitar yardım, sülh...
ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Ankarada keçirilən danışıqları məhsuldar adlandırıb.
News24.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Siyasətçinin sözlərinə görə, danışıqlardan sonra Blinken və Fidan Qəzza zolağında davamlı sülhün təmin edilməsi, eləcə də əhaliyə humanitar yardımın göstərilməsi məsələlərini müzakirə ediblər.
Bundan əlavə, onlar Qəzza zolağında münaqişənin yayılmasının qarşısını almaq üçün birgə səylərdən danışıblar. Həmçinin Blinken qeyd edib ki, Vaşinqton böhrandan çıxmaq üçün cəhdlər edir.
Ayşən