Blinken ilə Abbas arasında müzakirə:
    • 5-11-2023, 18:03
    • 260

Blinken ilə Abbas arasında müzakirə: "DƏRHAL ATƏŞKƏS OLMALIDIR"

Fələstin prezidenti Mahmud Abbas, ABŞ dövlət katibi Antoni Blinken ilə Fələstinin inzibati mərkəzi Ramallah şəhərində baş tutan görüşdə Qəzza zolağında dərhal atəşkəsə ehtiyac olduğunu açıqlayıb.

News24.az “TASS”a istinadla xəbər verir ki, bu barədə danışıqların yekunu üzrə Fələstin liderinin mətbuat katibi Nabil Əbu Rudeyna məlumat verib.

“Abbas Blinkenə təcili atəşkəs və humanitar yardımın Qəzza zolağına axmasına icazə verilməsinin zəruriliyi barədə danışıb”, - deyə Əl Hadath telekanalı Əbu Rudeynədən sitat gətirib.

Öz növbəsində, ABŞ dövlət katibi, "Qəzza zolağında humanitar yardım göstərmək və əsas xidmətlərin bərpası ilə bağlı öhdəliklərini təsdiqləyib".

 O, həmçinin vurğulayıb ki, “Vaşinqton fələstinlilərin zorakılıqla köçürülməsini rədd edir” və “Fələstinlilərin öz dövlətləri üçün istəklərinə nail olmaq üçün səylərə sadiqdir”.

Ayşən