-
- 6-11-2023, 18:21
- 172
Suriyada ABŞ hərbçilərinə hücum edildi
ABŞ hərbçiləri Suriyadakı hərbi bazalarında hücuma məruz qalıblar.
News24.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Bildirilib ki, ölkənin şimal-şərqində Haseke vilayətinin Tell Beidar qəsəbəsi ərazisində bazaya hücum edilib. Hücumun mahiyyəti və nəticələri barədə təfərrüatlar açıqlanmayıb.
Bundan əvvəl ABŞ-nin İraqın qərbindəki “Ayn əl-Əsəd” və Suriya, İordaniya və İraq sərhədindəki “Ət-Tanf” bazalarının pilotsuz təyyarələrin hücumlarına məruz qaldığı bildirilirdi. Birinci bazaya iki, ikincisinə isə bir pilotsuz təyyarə hücum edib. Bütün PUA-ların vurulduğu iddia edilir.
Hücumlar baş nazir Məhəmməd əl-Sudani ilə danışıqlar zamanı ABŞ hərbi bazalarının qorunmasını tələb edən ABŞ dövlət katibi Entoni Blinkenin İraqı tərk etməsindən qısa müddət sonra baş verib.
Bundan əvvəl Ağ Ev Yaxın Şərqə qoşun yeritmək imkanını qiymətləndirib.
Akqabay