Ermənistan-Türkiyə sərhədində yeni gömrükxana TİKİLDİ
    • 7-11-2023, 01:00
    • 267

Ermənistan-Türkiyə sərhədində yeni gömrükxana TİKİLDİ

Ermənistan-Türkiyə sərhədində “Marqara” gömrük məntəqəsinin tikinti işləri yekunlaşmaq üzrədir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, məlumatı “ArmeniaSputnik” yayıb.

Oktyabrın sonunda baş naziri Nikol Paşinyan xüsusi nümayəndələrin müzakirələri və danışıqları nəticəsində Ermənistan və Türkiyə arasında əldə olunmuş razılaşmaların yaxın gələcəkdə həyata keçiriləcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, söhbət Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmasından gedir.

Ermənistan sərhəf xidmətindən bildirilib ki, gömrük nəzarəti funksiyalarının həyata keçirilməsi üçün lazımi bina tikilib.

Layihə çərçivəsində birmərtəbəli xidmət zalı, yüklərin hazırlanması üçün 2 köşk, növbəli istirahət üçün 2 köşk, birmərtəbəli gömrük baxışı binası, dayanacaqlar, platformalar, daxili yollar, 2 keçid məntəqəsi və birmərtəbəli anbar tikintisi nəzərdə tutulub. .