Ermənistan Türkiyə ilə sərhəddə yeni gömrük binaların tikintisinə başladı
    • 13-07-2023, 12:35
    • 253

Ermənistan Türkiyə ilə sərhəddə yeni gömrük binaların tikintisinə başladı

Artıq Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara kəndində yeni gömrük binalarının tikintisinə başlanılıb.

News24.az
xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, artıq birinci mərhələdə podratçı şirkətə 350 min ABŞ dolları məbləğində vəsait ayrılıb.

İkinci mərhələdə, ayrılacaq vəsaitin həcmi 280 min ABŞ dolları təşkil edəcək və ən azı 3 modul pavilyonun tikintisinə başlanacaq./apa/