Dilan və Engin Polatın lüks avtomobillərinin aqibəti necə olacaq? - VƏKİL AÇIQLADI
    • 7-11-2023, 13:57
    • 281

Dilan və Engin Polatın lüks avtomobillərinin aqibəti necə olacaq? - VƏKİL AÇIQLADI

Çirkli pulların yuyulmasında, vergidən yayınmada və təşkilat yaratmaqda ittiham olunaraq həbs edilən Dilan və Engin Polat cütlüyünə məxsus lüks avtomobillər müvəkkilinə aparılıb. Bəs müsadirə olunan avtomobillərin aqibəti necə olacaq? 

Bu sualları vəkil Umut Metin və Kerem Olcayto cavablandırıb. 

News24.az xəbər verir ki, vəkil Umut Metin açıqlamasında bu sözləri deyib: “Burada önəmli olan odur ki, bu vasitələrə indi ələ keçirilib. Bunlar cinayət yolu ilə əldə edilən gəlirlərlə də alınmış ola bilər, olmaya da bilər.  Əgər məhkəmə zamanı bəraət qazansalar, bu avtomobillər onlara veriləcək. Malların müsadirəsi deyilən bir müddəa var. 54-cü maddədə göstərilir ki, cinayət nəticəsində yaranmış, qəsdən cinayətin törədilməsində istifadə edilmiş və ya cinayətin törədilməsi üçün ayrılmış əmlak müsadirə edilir. Əgər həmin şəxslər tərəfindən cinayət varsa, həmin malların bu cinayət nəticəsində istehsal olunduğu göstərilərsə, həmin avtomobillərin dövlətə məxsus olmasına qərar verilə bilər. Bu avtomobillər hazırda satışda deyil. Mülkiyyət hüququ Konstitusiya ilə qorunan hüquqdur. Bu şəxslərin günahkar olması qərara alınsa, onlar satılacaq".

Aynurə