Dilan Polat və əri polis tərəfindən SAXLANILDI
    • 1-11-2023, 08:53
    • 434

Dilan Polat və əri polis tərəfindən SAXLANILDI

Sosial media fenomeni və iş qadını Dilan Polat ilə həyat yoldaşı Engin Polat İstanbulda keçirilən əməliyyatda saxlanılıb. 

News24.az xəbər verir ki, onlar qandallanaraq İstanbul Polis İdarəsinə gətirilib.

Polat cütlüyü ilə birlikdə tutulan Sıla Doğu, Kürşat Polat və Ahmet Gün Bayrampaşa Dövlət Xəstəxanasında müayinə olunub.

Qeyd edəkk ki, Dilan Polat və Engin Polatın şirkətlərinə məxsus 22 milyon 372 min lirəyə həbs qoyulub. 3 şirkətdən 225 milyon lirə dəyərində real olmayan ticarətin edildiyi müəyyən edilib. 

Cütlüklə yanaşı onların birinci və ikinci dərəcəli qohumlarının da əmlakı müsadirə edilib. Xaricə çıxışı da qadağan edilən cütlüklə bağlı Maliyyə Cinayətlərini İstintaq Şurasının (MASAK) hesabatı da üzə çıxıb.

Hesabatda şirkətlər arasında şübhəli münasibətlərin olduğu və qeyri-müəyyən hesab-fakturalar verməklə vergi bazasını azaltmağa çalışdıqları da qeyd olunub.