Dilan Polatın polisdən tələbi eşidənləri ŞOKA SALDI
    • 2-11-2023, 13:05
    • 203

Dilan Polatın polisdən tələbi eşidənləri ŞOKA SALDI

Dilan Polat və əri Engin Polat ötən gecə keçirilən əməliyyatda saxlanılıb.  Qanunsuz mərc oynamaqda və rəsmi sənədləri saxtalaşdırmaqda  ittiham olunan ikilinin saxlanılma görüntüləri gündəmi silkələyib. 

News24.az xəbər verir ki, bu barədə "Sondakika.com" məlumat yayıb.

Təqsirləndirilən ikili dünən axşam saatlarında tibbi müayinədən keçib. Həmin an Dilan Polat polisdən dərisi üçün vitamin istəyib. 

Polisə istifadə etməli olduğum dərmanlar var deyən Dilan Polatdan hansı dərmanlara ehtiyacı olduğu soruşulub.

Ülkər Abdurahmanlı