-
- 7-11-2023, 15:02
- 176
Gürcüstan sabah Aİ-yə namizəd statusu ALACAQ?
Gürcüstan müəyyən şərtlərlə Avropa İttifaqına üzvlüyə namizəd statusu alacaq.
News24.az xəbər verir ki, bu barədə “Azadlıq” radiostansiyasının avropalı analitiki Rikard Jozviak deyib.
“Avropa komissarlarının 27 kabinetinin rəhbərləri Aİ-nin genişlənməsi məsələsini müzakirə etmək üçün (noyabrın 6-da) görüşdülər. Danışıqlar noyabrın 7-də davam edəcək, lakin əsas ilkin şərtlər bəllidir. Ukrayna və Moldova Aİ-yə daxil olmaq üzrə danışıqların başlanmasını (çox güman ki, 2024-cü ilin martında) gözləyir və Gürcüstan növbəti mərhələyə keçmək şərtləri ilə namizəd statusu alacaq”, - Jozviak qeyd edib.
Avropa Komissiyasının tövsiyə məktubu noyabrın 8-də dərc olunacaq və yekun qərar bu ilin dekabrında Aİ liderləri tərəfindən qəbul ediləcək.
Akqabay