Rüfət İsmayılova rüşvətxorluğa görə cinayət işi açıldı
    • 7-11-2023, 18:05
    • 234

Rüfət İsmayılova rüşvətxorluğa görə cinayət işi açıldı

Dağıstanın daxili işlər nazirinin müavini və İstintaq İdarəsinin rəisi Rüfət İsmayılova qarşı xüsusilə külli miqdarda rüşvət vermə və alma faktı ilə bağlı iş açılıb. 

News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Federal Təhlükəsizlik Xidmətinə istinadla məlumat yayıb.

Rüfət İsmayılov ədliyyə polkovnikidir və 1996-cı ildən daxili işlər orqanlarında xidmət edir. O, Dərbənddə anadan olub. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Nijni Novqorod Akademiyasını bitirib, Dərbənd Şəhər Daxili İşlər İdarəsinin rəis müavininin istintaq işi üzrə müavini işləyib. İsmayılov 2019-cu il dekabrın 4-də nazir müavini vəzifəsinə təyin edilib və bundan əvvəl bir neçə ay müvəqqəti olaraq bu vəzifədə çalışıb.

Rüfət İsmayılovun saxlanılması ilə bağlı xəbər oktyabrın 29-da Mahaçqala hava limanında baş vermiş iğtişaşlarla bağlı aparılan istintaq fonunda yayılıb.

Akqabay