“Qarabağ”ın futbolçusu Rusiya millisində
    • 7-11-2023, 21:30
    • 165

“Qarabağ”ın futbolçusu Rusiya millisində

“Qarabağ”ın daha bir əcnəbi futbolçusu milli komandaya çağırılıb.

News24.az konkret.az-a istinadla xəbər verir ki, bu dəfə qapıçı Andrey Lunyov Rusiya yığmasına dəvət alıb.

Şimal qonşularımızın baş məşqçi Valeri Karpin 29 nəfərlik ilkin heyətdə ona da yer verib. 32 yaşlı qolkiper yığmasının təlim-məşq toplanışına qatılacaq. Toplanışın ardından Karpin Kuba ilə keçiriləcək yoldaşlıq görüşünün yekun heyətini müəyyənləşdirəcək.

Qeyd edək ki, Rusiya – Kuba matçı noyabrın 20-də Volqoqradda keçiriləcək.