-
- 7-11-2023, 21:43
- 1 378
Erməni bloger Zori Balayanı "yıxıb sürüdü" - "Oğurlanmış pullarla..."
“Bizim atarlarımız fırıldaqçı Zori Balayana inanıb Qarabağa getdilər. Bizim atalarımız ya Qarabağda öldülər, ya da ağrılardan, streslərdən keçindilər. Artıq şübhə yoxdur ki, yüksək vəzifəlilər, generallar və “artsax” televiziyası bizim bədbəxtliyimizin üzərindən öz xoşbəxtliklərini qurdular. Bizim valideynlərimiz öləndə bu zibil oğurlanmış pullarla Ermənistanda və Rusiyada obyektlər alırdı”.
News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, bunu tanınmış erməni bloger Roman Baqdasaryan videomüraciətində dilə gətirib.
O, emosional notlarla çıxışını davam edib: “Biz inanırıq ki, Tanrı onlara yaşamağa icazə verməyəcək, hansı ki, bizim bədbəxtliyimiz üzərindən özlərinə həyat qurublar. Hər biri atalarımızın tökülən qanlarının bədəlini ödəyəcək. Belə olmalıdır. Atalarımız ağrıdan və güllədən ölərkən Qarabağ quldurları İrəvanda kef çəkirdilər. Bizim hamımızın haqqı var ki, sual edək: bütün bunlar nə idi, son 35 ildə nələr baş verdi, kim 88-ci ildə verilən yalançı vədlərin hesabatını verəcək, hansı ki, hamısı yalanlardan ibarət idi. Niyə Zori Balayan susur? Atalarımızı yalanlarla ilhamlandıran bu iblisin oğlu haradadır? Düşünür ki, onu heç kim hesaba çəkməyəcək”.
Baqdasaryan Rusiyanı faşist və barbar ölkə adlandıraraq Balayanı təhqir edib: “Heç bir yerdə müsahibə vermir (Zori Balayanı nəzərdə tutur). Məhz bu zibil Rusiyaya məktubunda bildirirdi ki, Qarabağı Rusiyanın tərkibinə keçsin. Bəs sən Zori Balayan, sıravi vətəndaşlardan soruşmuşdun ki, sizin qulunuz olan biz istəyirikmi barbar və faşist Rusiyanın tərkibində yaşayaq?! Zori Balayan, sənə kim haqq verdi ki, bizim həyatımızı cəhənnəmə döndərəsən? Bizim atalarımız, valideynlərimiz sizə inanırdı ki, həyatları gözəl olacaq. Bəs nə baş verdi? Erməni əsgərlərinin sümükləri üzərindən sərvət qazandın. İndi hamı soruşur, bizim uşaqlarımız 35 il ərzində nəyin naminə öldülər”.