-
- 8-11-2023, 09:57
- 198
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilir
Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşü başlayıb.
News24.az xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra hərbi orkestrlər Azərbaycanın dövlət himnini səsləndirib.
Daha sonra hərbçilərin yürüşü başlayıb.
Belə ki, hərbi qulluqçular hərbi orkestrlərin müşayiəti ilə Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" Ticarət Mərkəzi istiqamətində hərəkət edir.
Yürüşün digər marşrutu Şəhidlər Xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli olacaq.
Başqa bir hərbçi qrupu isə Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı marşrutu ilə hərəkət edəcək.
Yürüşün daha bir marşrutu isə "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - İ. Nəsimi heykəli - Neftçilər prospekti istiqamətində olacaq.