"Atəşkəsə hazırıq" - İsrail şərtlərini AÇIQLADI
    • 8-11-2023, 11:47
    • 159

"Atəşkəsə hazırıq" - İsrail şərtlərini AÇIQLADI

Fələstinin HƏMAS hərəkatı girovları azad etsə, İsrail hakimiyyəti hərbi əməliyyatlara fasilə elan etməyə hazırdır”.

News24.az xəbər verir ki, İsrail rəsmisi bu barədə “Politico”ya açıqlamasında bildirib.

“Qəzza zolağına humanitar yardımın çatdırılması üçün taktiki fasilələr məsələsinə toxunan hökumət başçısı qeyd edib ki, İsrail şəraitə uyğun baxacaq. Amma əslində belə fasilələr artıq təşkil olunub. Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Netanyahu ilə telefonla taktiki fasilələrin tətbiqi imkanlarını müzakirə edib. İsrail fasilələr elan etməyə hazırdır. Ancaq girovlar azad olunarsa razıdır. Biz Amerika administrasiyası ilə konkret ehtiyaclara uyğun olaraq fərdi həll yollarını müzakirə edirik”, - deyə rəsmi bildirib.

Ayşən