-
- 8-11-2023, 15:50
- 135
Numan Kurtulmuş Azərbaycan xalqını təbrik edib
“İşğal altındakı torpaqlarını qəhrəmancasına azad edən qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Gününü təbrik edirəm”.
News24.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş özünün rəsmi “X” sosial media hesabında yazıb.
TBMM sədri Qarabağ Qələbəsinin işğal altındakı torpaqları azad etməklə yanaşı, bölgədə arzulanan daimi sülh, sabitlik və əməkdaşlıq ümidlərinin yaranmasına səbəb olduğunu əlavə edib:
“Bu qələbə üçün canlarını fəda edən şəhidlərimizi yad edir, qazilərimizə təşəkkürümüzü bildiririk”.