-
- 9-11-2023, 11:34
- 206
İsrailin HƏMAS-la müharibəyə fasilə verməsi... - Bennet
ABŞ və digər dövlətlərin İsrailin HƏMAS-a qarşı müharibəsində üç günlük fasilə təklifi Fələstin qrupunun xeyrinə olacaq.
News24.az xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Naftali Bennet deyib.
O qeyd edib ki, bu ideyanın həyata keçirilməsi silahlılara yenidən qruplaşmaq üçün vaxt verəcək.
“Atəşkəs üçün İsrailə təzyiq etmək əvəzinə, yalnız bir təzyiq nöqtəsi olmalıdır, o da Qəzzanı tərksilah etmək və girovları azad etmək üçün HƏMAS-a təzyiq göstərməkdir”, - Bennet qeyd edib.
O əlavə edib ki, HƏMAS hərbi əməliyyatlarda üç günlük fasilə olacağı təqdirdə yalnız bir neçə girovu təhvil verməklə İsraili manipulyasiya etməyə çalışır. Bennet vurğulayıb ki, İsrail öz ərazisinə təkrar hücumların qarşısını almaq üçün Fələstin fraksiyasını məğlub etməlidir.
Akqabay