Bu amillər yeməyin dadına təsir edir
    • 9-11-2023, 18:28
    • 217

Bu amillər yeməyin dadına təsir edir

İtaliyanın  Kampaniya Universitetinin alimləri  müəyyən ediblər ki, qapalı havanın temperaturu yüksək olanda yeməyin dadı daha şirin olur. 

News24.az xəbər verir ki, araşdırmanın nəticələri Science Direct-də dərc edilib

Bundan əlavə, otağın dekorasiyasının rəngi insanın iştahına təsir göstərir. 

Çoxsaylı araşdırmalar göstərir ki, Qərb pəhrizinə riayət etmək, çəki artımına və geniş spektrli sağlamlıq problemlərinə səbəb ola bilər. Qərb pəhrizi çox miqdarda ət, işlənmiş və təmizlənmiş qidaların qəbulu ilə xarakterizə olunur. Eyni zamanda, insan az miqdarda tam taxıl, meyvə və tərəvəz yeyir. Bundan əlavə, pəhrizdə şəkərin çox olması bədənə zərər verə bilər. Tədqiqatçılar iştahı və şəkərə olan istəkləri azaltmaq üçün insanlara daha sağlam qidalanmağa kömək edəcək “təbii” yollar axtarırdılar.

İtalyan alimlərinin könüllülərin iştirakı ilə apardığı təcrübələr göstərib ki, qırmızı dekorlu isti otaqda olmaq iştahı artırır. Bu şəraitdə tədqiqat iştirakçıları aşağı şəkərli portağal suyunu şirin kimi qəbul etdilər. İnteryerdə yaşıl rəngin üstünlük təşkil etməsi, sərin temperaturla birləşərək, əksinə, şirin dadın intensivliyini azaldıb və iştahı kəsib.

Alimlər qeyd ediblər ki, insanların yemək yediyi mühitin dəyişdirilməsi, onlara özlərini buna məcbur etmədən iştahlarını idarə etməyə kömək edə bilər.

Ayşən