“Tunellərlə mübarizə üçün yeni üsullardan istifadə etməyə başladıq” - Nazir
    • 10-11-2023, 10:00
    • 204

“Tunellərlə mübarizə üçün yeni üsullardan istifadə etməyə başladıq” - Nazir

İsrailin müdafiə naziri Yoav Gallant Qəzza zolağında HƏMAS-ın tunelləri ilə məşğul olmaq üçün yeni üsullardan istifadə etməyə başladıqlarını bildirib.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Gallant mətbuata açıqlamasında İsrail ordusunun oktyabrın 7-dən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında baş verən hadisələrdən danışıb.

 “İsrail ordusu tunellərlə mübarizə üçün yeni üsullardan istifadə etməyə başlayıb. Onlar bu problemin həllini tapmağa çalışırlar və buna da nail olurlar” 

Oktyabrın 7-də İsrailə qarşı hərtərəfli hücumlar həyata keçirən Həmas üzvlərini məhv edəcəklərini deyən Gallant bunun bir ay, bir il, hətta illər çəkə biləcəyini qeyd edib.

İsrail naziri əlavə edib ki, İsrail Hərbi Hava Qüvvələri Livandan gələn istənilən təhlükəyə qarşı hazırdır.

Ülkər Abdurahmanlı