Proqnozları düz çıxan iqtisadçıdan növbəti açıqlama:
    • 10-11-2023, 12:30
    • 353

Proqnozları düz çıxan iqtisadçıdan növbəti açıqlama: "Qaçılmazdır, dollar çökəcək"

“Çox tezliklə, tarixi meyarlara görə, "Amerika arzusu" deyilən şeydən heç nə qalmayacaq”.

News24.az xəbər verir ki, bu proqnozu məşhur rusiyalı iqtisadçı Mixail Xazin səsləndirib.

“Yaxın gələcəkdə Qərb ölkələri ÜDM səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi, ardınca isə orada yaşayanların indiki gənc nəsli üçün ikinci Böyük Depressiyaya çevrilmək üçün hər cür şansa malik irimiqyaslı iqtisadi böhranla üzləşəcək.

Hazırda, Qərbdə inflyasiya sürətlə artır. Bu, yaxınlaşan tənəzzülü göstərə biləcək çox təhlükəli və həyəcanverici bir əlamətdir. ABŞ və Aİ üçün böyük problem böyük miqdarda təminatsız likvidlik idi.

Qarşıda fəlakətli ola biləcək qaçılmaz bir düzəliş var. İqtisadiyyatdakı mənfi hadisələrin məcmusu, Qərbdə sadə vətəndaşların həyat səviyyəsinin tezliklə çox əhəmiyyətli dərəcədə aşağı düşəcəyinə şübhə yeri qoymur”.

Ayşən