“Əsrin böhranı”: ABŞ-dən başlayıb bütün dünyaya...
    • 28-10-2023, 14:59
    • 242

“Əsrin böhranı”: ABŞ-dən başlayıb bütün dünyaya...

Amerika iqtisadiyyatı 1930-cu illərin Böyük Depressiya miqyasında böhranla üzləşə bilər.

News24.az  xəbər verir ki, bu proqnozu iqtisadçı ekspert Mixail Xazin deyib.

Onun fikrincə, ABŞ-ın hazırkı iqtisadiyyatının ən zəif nöqtəsi bir çox kommersiya şirkətlərinin uzun müddətdir ki, real bizneslərinin heç bir fundamental aspekti ilə əlaqəli olmayan hədsiz dərəcədə “şişirilmiş” dəyərlərə malik olduğu birjadır.

“Əslində  hərracda təmsil olunan korporasiya və firmaların əksəriyyəti maliyyə köpüyüdür. Lakin burada əsas təhlükə ondan ibarətdir ki, müxtəlif sosial fondlar uzun müddətdir ki, aktiv şəkildə öz vəsaitlərini onlara yatırırlar.Bunlara, xüsusən də ABŞ-ın pensiya fondları daxildir. Bu o deməkdir ki, əgər bazar ciddi korreksiyaya başlasa və bu, qaçılmaz olaraq baş versə, bazasında aktivlərin “şişirilmiş” olduğu bütün çoxillik borc piramidası çökəcək”.

Ayşən