Nazir müavini Yəhya Musayev Qazaxıstan nümayəndə heyətini qəbul edib
    • 2-04-2019, 14:18
    • 1 027

Nazir müavini Yəhya Musayev Qazaxıstan nümayəndə heyətini qəbul edib

Aprelin 2-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə  görüşüb.

News24.az xəbər verir ki, qonaqları salamlayan Yəhya Musayev Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı və nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verdi.

Görüşdə Qazaxıstanın Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatlara və xidmətlərə maraq göstərdiyi qeyd olunub.

Tərəflər iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın vacibliyini vurğuladılar, sahə üzrə əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Sonda müzakirə olunan məsələlərlə bağlı işçi qrupun yaradılmasına dair razılığa gəldilər.

Görüşdə Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi polkovnik Kahir Tezekbayev iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınlar zavodunda təşkil olunmuş hərbi təyinatlı məmulatların sərgisinə də baxıb.