Məşhur model estetik əməliyyat zamanı öldü - FOTO
    • 11-11-2023, 00:18
    • 531

Məşhur model estetik əməliyyat zamanı öldü - FOTO

Məşhur Braziliyalı model Luana Andrade dünyasını dəyişib.

News24.az azxəbər-ə istinadla bildirir ki, 29 yaşlı model dizindəki yağları çıxarmaq üçün bıçaq altına yayıb. O,əməliyyat zamanı dünyasını dəyişib.

Deyilənlərə görə, model Sao Paulodakı özəl klinikaya gedib və orada cərrah və anestezioloq tərəfindən liposaksiya olunub.

Xəstəxanadan verilən açıqlamada deyilir ki, əməliyyat zamanı xəstənin ürəyi dayanıb. Əməliyyat dərhal dayandırılsa da, modeli həyata qaytarmaq mümkün olmayıb.