“Qoy Mariya Zaxarova gedib özü üçün bir-iki stəkan daha içsin"
    • 11-11-2023, 21:34
    • 417

“Qoy Mariya Zaxarova gedib özü üçün bir-iki stəkan daha içsin"

“Qoy Mariya Zaxarova gedib özü üçün bir-iki stəkan daha içsin və yatsın”.

News24.az Ordu.az-a istinadla xəbər verir ki, Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Hakop Aslanyan Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxrovanın açıqlamasını şərh edərkən deyib.

“Verməyəcəyik, olmayacaq”, - deyə erməni deputat bildirib.

Aslanyan vurğulayıb ki, indi baş verənlər daha çox Ermənistanın və ya Azərbaycanın günahı deyil, fövqəlgüclərin geniş siyasətinin və onların toqquşmasının nəticəsidir.

“Kim üçün aydın deyil ki, Avropanın verdiyi təkliflər Rusiya və Azərbaycan üçün, Azərbaycan, Rusiya və Türkiyənin verdiyi təkliflər isə Ermənistan üçün məqbul deyil? Bütün cavab budur. Rusiya nəyin bahasına olursa-olsun Avropa İttifaqını, Avropanı, ABŞ-ni buradan sıxışdırmağa çalışır. Rusiyanın nəyinə lazımdır ki, biz kiminlə dostluq etmək istəyirik?”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxrova bildirib ki, noyabrın 10-da imzalanmış üçtərəfli sazişlərə uyğun olaraq, Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nin sərhəd mühafizə xidmətinin orqanları həyata keçirəcək.