-
- 11-11-2023, 23:05
- 515
Bu ölkədə kişilər QADIN hamamına GİRƏ BİLƏR
Almaniyada qəbul edilmiş qanuna görə, bundan sonra kişilər özlərini qadın kimi hiss edirlərsə, fiziki görünüşlərini dəyişdirmədən şəxsiyyət vəsiqəsində rahatlıqla cinslərini qadın kimi yazdıra biləcəklər.
News24.az lent.az-a istinadən bildirir ki, eyni qayda qadınlara da tətbiq ediləcək. Yəni, qadın öz şəxsiyyət vəsiqəsində cinsini kişi yazdıra biləcək. Bununla yanaşı o, tamamilə öz görüntüsünü qoruyub saxlaya bilər. Şəxsiyyət vəsiqəsində özünü kişi elan etmiş qadın həbsxanaya düşərsə, kişilərlə eyni kamerada saxlanılacaq. Həmçinin özünü qadın elan edən kişi də qadın həbsxanasında cəzasını çəkməli olacaq. Fiziki görünüşü kişi olan adam rahatlıqla qadınlarla eyni hamama girəcək, eyni saunada dincələcək. Bu ətrafdakı insanlarda çaşqınlıq yaratsa da, "qanun qanundur" deyib heç kim etiraz etmir.
Ümumiyyətlə, almanların insan haqlarına baxışları fərqlidir. Maraqlı qanunları var.
Almaniyada həbsxanadan qaçmaq cinayət sayılmır. Çünki hamının azadlıq instinkti var. Həbsxanadan qaçarkən kiməsə zərər vermək isə cinayətdir. Almaniyada polisdən qaçmaq da cinayət sayılmır. Çünki burada insanın qaçmaq hüququ var.