Bu ölkədə qadınlara kişi həkim QADAĞAN EDİLDİ
    • 18-01-2023, 13:35
    • 178

Bu ölkədə qadınlara kişi həkim QADAĞAN EDİLDİ

2021-ci ilin avqustunda Əfqanıstanda nəzarəti ələ keçirən Taliban qadınlara daha bir məhdudiyyət qoyub. 

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin Bəlx əyalətində qadın xəstələrin kişi həkimlərə getməsi qadağan edilib.

Yerli mətbuatın məlumatına görə, Bəlx əyalətində kişi həkimlərə qadın xəstələri, qadın həkimlərə isə kişi xəstələri qəbul etməmək göstərişi verilib. Bundan əlavə, qadın xəstələrin olduğu otaqlara kişilərin daxil olmasının qəti qadağan edilib. 

Bəlx Əyaləti İşləri İdarəsi kişi və qadın tibb işçiləri üçün iş otaqlarının ayrılması lazım olduğunu bildirib. 

Qumral Əliyeva