Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəcək
    • 2-04-2019, 23:56
    • 683

Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyindən (DİN) News24.az-a verilən məlumata görə, qəbul aprel ayının 27-də Göyçay rayon Polis Şöbəsində keçiriləcək. 
Nazir Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir və Ağdaş şəhər və rayonlarının sakinlərini qəbul edəcək.