-
- 23-10-2023, 14:06
- 269
Boşanmaq istəyən arvadını öldürüb CANINA QIYDI
Mersinin Mut rayonunda boşanmaq ərəfəsində olan arvadını güllələyərək öldürən şəxs eyni silahla intihar edib.
News24.az xəbər verir ki, bu barədə ”İHA” məlumat yayıb.
Əldə edilən məlumata görə, Şuayip Kaya boşanma davası davam edən həyat yoldaşı Ayfer Kayanı Mut Dövlət Xəstəxanasının avtoparkında tapança ilə güllələyib. Şuayip Kaya daha sonra özünə atəş açaraq intihar edib.
Ətrafdakı insanların çağırışı üzərinə hadisə yerinə gələn təcili tibbi yardım maşınlarının üzvləri hər ikisinin öldüyünü müəyyən edib. Hadisədən sonra cütlüyün cəsədləri Mut Dövlət Xəstəxanasının meyitxanasına göndərilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ülkər Abdurahmanlı