Ukraynaya yardım ikiqat ARTIRILDI
    • 13-11-2023, 14:53
    • 193

Ukraynaya yardım ikiqat ARTIRILDI

Almaniyada hakim koalisiya 2024-cü ildə Ukraynaya yardımın həcmini iki dəfə artıraraq 8 milyard avroya çatdırmaq qərarına razılaşıb. Qərar tezliklə Almaniya parlamentinin büdcə komitəsi tərəfindən təsdiqlənməlidir.

News24.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Bild” nəşri qeyd edib ki, ilkin olaraq Almaniya Maliyyə Nazirliyi 2024-cü il büdcəsinə Ukraynaya hərbi yardım üçün cəmi 4 milyard avro vəsait daxil edib ki, bu da əvvəllər vəd edilmiş layihələrə ayrılıb. Ukraynaya yardımın artırılması müdafiə naziri Boris Pistoriusun bu məqsədlər üçün əlavə 5 milyard avro istəməsindən sonra baş verib.

Almaniya kansleri Olaf Şolz da noyabrın 10-da bəyan edib ki, Berlin 2024-cü ilə qədər müdafiə xərclərini son 30 ildə ilk dəfə olaraq Ukraynaya yardımın artırılmasına diqqət yetirmədən ÜDM-in 2%-nə qədər artıracaq.

Ayşən