Tanınmış futbolçunun həbs müddəti uzadıldı - FOTO
    • 13-11-2023, 22:24
    • 192

Tanınmış futbolçunun həbs müddəti uzadıldı - FOTO

Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev dekabrın sonunadək həbsdə qalacaq. 

News24.az xəbər verir ki, bu barədə Krasnodar Rayon Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, 42 yaşlı Aleksey Buqayev narkotik satmaqda ittiham olunur. O, noyabrın əvvəlində külli miqdarda narkotik vasitə ilə saxlanılıb. 

Aleksey Buqayev Moskva Torpedo və Lokomotiv, Tom və Krasnodarda müdafiəçi kimi çıxış edib. 

O, Rusiya millisində 7 oyun keçirib.

Aynurə