Çox gülməkdən huşunuzu itirə bilərsiniz
    • 13-11-2023, 22:11
    • 342

Çox gülməkdən huşunuzu itirə bilərsiniz

Bir gülüş huşunu itirməyə səbəb ola bilər.

News24.az xəbər verir ki, bunu amerikalı kardioloq Todd Koen deyib. O bildirib ki, gülüş zamanı diafraqmanın, eləcə də qabırğaarası və onurğalararası əzələlərin daralması döş qəfəsində təzyiqin artmasına səbəb ola bilər. Bu dəyişiklik vagus sinirini, beyindən qarın boşluğuna gedən qoşalaşmış siniri stimullaşdıra bilər. Həddindən artıq stimullaşdırma başgicəllənmə və şüur itkisinə də səbəb ola bilər.

Bundan əlavə, qan təzyiqinin kəskin azalması səbəbindən çox gülməkdən huşunu itirmək mümkündür. 

Kardioloq bildirib ki, idarəolunmaz gülüş nəticəsində huşunu itirmə adətən sağlamlıq üçün təhlükə yaratmır. İnsan kənar yardım olmadan bir neçə dəqiqə ərzində özünə gəlir. Gülüş zamanı müvazinət itərsə, gülən şəxs metroda olarsa, başını yaxınlıqdakı hər hansı bir obyektə vura bilər. Bu da acı sonluqla nəticələnə bilər. 

Aynurə