-
- 13-11-2023, 16:54
- 228
Oğurlanan Mehrəlibəylidən YENİ XƏBƏR
Güney azərbaycanlı milli fəal və Beyqlu kənd sakini Yürüş (Ayət) Mehrəlibəyli həbsindən iki gün öncə video paylaşıb.
News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
O, bildirib ki, əgər başına hər hansı bir iş gəlsə, hər şeyə görə İran hökumət cavabdehdir:
“Mən idmançıyam, fiziki və psixoloji sağlamlığım yerindədir. Əgər həbs olunsam, həbs müddətində və həbsdən sonra başıma gələcək hər şeyə görə İran hökuməti cavabdeh olacaq”.
Qeyd edək ki, keçmiş siyasi məhbus və Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Yürüş Mehrəlibəyli noyabrın 7-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Hələlik onun həbs səbəbi və aparıldığı yer barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, o, 2012-ci ildə “Yeni GAMOH” təşkilatının yaradılmasında ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilir, 5 il sonra isə şərti azadlığa buraxılır.
Aynurə