Hindistanda bina yandı - 9 nəfər...
    • 13-11-2023, 17:11
    • 111

Hindistanda bina yandı - 9 nəfər...

Hindistanın Telanqana əyalətinin Haydarabad şəhərində bir binada baş verən yanğında 9 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.

Binadakı anbarda kimyəvi maddələrin alovlanması ilə başlayan yanğın qısa zamanda bütün binaya yayılıb. Səmanı alovla bürüyən yanğında binada olan 9 nəfər həyatını itirib, 21 nəfər təxliyə edilib.

Telangananın baş naziri Kalvakuntla Çandraşekar Rao səlahiyyətlilərə hadisə qurbanlarına ən qısa zamanda lazımi yardım göstərməyi tapşırıb və həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Ülkər Abduahmanlı