-
- 13-11-2023, 18:00
- 207
Polşanın Baş naziri istefa verdi
Polşanın baş naziri Mateuş Moravetski parlament seçkilərindən sonra bütün kabineti ilə birlikdə istefa verib.
News24.az xəbər verir ki, hakim “Qanun və ədalət” partiyası parlament çoxluq təşkil edə bilməməsi səbəbindən Polşa prezidenti Anjey Duda yeni hökuməti qurmaq səlahiyyətini bu gün Moraviçkiyə verəcək.
Bundan əvvəl “Vətəndaş Koalisiyasının” rəhbəri, Polşanın keçmiş Baş naziri və Avropa İttifaqı Şurasının keçmiş prezidenti Donald Tusk bəyan etmişdi ki, Polşada üç müxalifət birliyi,- “Vətəndaş Koalisiyası”, “Üçüncü Yol” və “Sol” partiyaları koalisiya sazişi imzalayıblar və hökumət qurmaq niyyətindədirlər.
Qumral