Səlim Müslümovun səhhətində problem yarandı
    • 13-11-2023, 18:11
    • 171

Səlim Müslümovun səhhətində problem yarandı

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi yenidən təxirə salınıb.  

News24.az-ın məlumatına görə,  hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, sabiq nazir kəskin resperator xəstəliyinə yoluxub və o buna görə məhkəməyə gəlməyib.

Növbəti proses 20 noyabra təyin edilib. 

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş ziyan 27 milyon manat hesablanıb.

Samir Əli