-
- 14-11-2023, 07:06
- 327
Fransanın Ermənistana verdiyi "Bastion" zirehli maşınları nəyə qadirdir? - VİDEO
Ötən gün , Fransa "Bastion" çoxməqsədli zirehli döyüş maşınlarını Ermənistana göndərib.
Bəs bu texnikalar nəyə qadirdir?...
R TV Militarytoday -ə istinadən xəbər verir ki, zirehli transpartyor sinfinə aid olan bu hərbi maşınlar əsasən Fransa ordusunun Afrikadakı xüsusi təyinatlı dəstələrinə dəstək məqsədi ilə istehsal olunub.Səhralıq ərazidə və düzənlikdə yüksək keçicilik qabiliyyətinə malikdir.
"Bastion" "Acmat" şirkətinin istehsalı olan VLRA zirehli avtomobilinin şassisi üzərində hazırlanıb. Texnika ilk dəfə 2010-cu ildə Britaniyada keçirilən sərgidə nümayiş etdirilib.
Maşın həmdə piyadaların daşıması üçün istifadə oluna bilər. daxili yer tutumu piyadalar üçün 5 nəfərdir. Zirehli transpartyor 12,7 millimetrlik pulemyotla silahlanıb. Zirehli maşının silahlanmasına ikisi arxa və, biri öndən olmaqla üç ədəd 40 mm-lik “HK GMG” qumbaraatanı da daxildir. Bu maşına tank və PDM kimi ağır texnikalara qarşı mübarizə aparmaq imkanı yaradır.
Bundan əlavə maşına 3 ədəd 7,62 tipli “MG3” pulemyotu quraşdırmaq mümkündür. Texnikanın alt hissəsi minalara və tələ partlayıcılara qarşı qalın polad gövdə ilə möhkəmləndirilib.Burda əsas məqsəd partlayış zamanı texnika sıradan çıxsa da, şəxsi heyətin can güvənliyinin təmin olunmasıdır.
Texnika qaranlıqda sərbəst hərəkət etmək imkanına malikdir. Modifikasiyalarından asılı olaraq, "Bastion"ların çəkisi 10-12 ton arasında dəyişir.
Hazırda Ermənistanla yanaşı, "Bastion"lar Niger, Mali, Ukrayna, İsveç, Keniya, Toqo, Uqanda, Çad kimi ölkələrin arsenalında mövcuddur.
Mirzə