"Qəzzaya görə ABŞ-də fikir ayrılıqları var" - Blinken
    • 14-11-2023, 10:38
    • 154

"Qəzzaya görə ABŞ-də fikir ayrılıqları var" - Blinken

“Departamentdə bəzi insanlar qəbul etdiyimiz yanaşmalarla razılaşmaya və ya daha yaxşı nəsə edə biləcəyimiz bir şeyin olduğunu düşünə bilər”.

News24.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Bu barədə “CNN” ABŞ Dövlət Departamentinin əməkdaşlarına göndərilən elektron poçta istinadla məlumat yayıb.

Belə ki, Blinken Fələstin-İsrail münaqişəsində Bayden administrasiyasının mövqeyi ilə bağlı Dövlət Departamentində fikir ayrılıqlarının yarandığını etiraf edib.

“Bu fərqləri müzakirə etmək üçün Vaşinqtonda xüsusi forumlar təşkil edilir, ABŞ-ın dünya üzrə nümayəndəliklərində rəy bildirmək və yeni ideyaları dinləmək üçün səmimi müzakirələr keçirilir”, - məlumatda deyilib.

Məktubda Blinken Fələstin mülki vətəndaşlarının əziyyətlərini azaltmaq üçün daha çox iş görülməli olduğunu qeyd edib.

Ayşən