-
- 5-11-2023, 19:28
- 213
"Fələstinlilərin dövlət yaratmaq istəyini dəstəkləyirik" - BLİNKEN
“ABŞ fələstinlilərin öz dövlətlərini yaratmaqla bağlı qanuni istəklərinin həyata keçirilməsinə yardım etməyə hazırdır”
News24.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.
O, bu barədəRamallahda Fələstin prezidenti Mahmud Abbasla görüşü zamanı bildirib.
“ABŞ Fələstin sakinlərinin zorla başqa ərazilərə köçürülməsi ssenarisini qəbuledilməz hesab edir”, - Blinken deyib.
ABŞ Dövlət Departamenti tərəfindən bildirilib ki, tərəflər həmçinin İordan çayının qərb sahilində asayişin və sabitliyin bərpası səylərini, o cümlədən fələstinlilərə qarşı ekstremist zorakılığın dayandırılması və günahkarların məsuliyyətə cəlb edilməsinin zəruriliyini müzakirə ediblər.
Ayşən