Kremldən Paşinyanın qərarına münasibət:
    • 14-11-2023, 17:42
    • 188

Kremldən Paşinyanın qərarına münasibət: "Doğrudursa, təəssüf"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT sammitində iştirakdan imtina qərarını şərh edib.

O qeyd edib ki, bu münasibətlə təəssüfünü bildirmək qalır, çünki bu cür görüşlər mövqeləri aydınlaşdırmaq üçün yaxşı fürsətdir.

News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Əgər bu doğrudursa, təəssüf hissi doğurur. Anlayırıq ki, hər bir ölkənin lideri və ya baş nazirinin iş qrafikində öz tədbirləri, öz durumları ola bilər. Yalnız təəssüf hissi ifadə etmək olar, çünki belə görüşlər fikir mübadiləsi üçün yaxşı fürsətdir”, - Kremlin sözçüsü deyib.

Xatırladaq ki, bu gün  Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında sessiyada iştirak etməyəcəyini bildirib.

Ayşən