Bakıda avtomobil 40 yaşlı kişini vurub
    • 15-11-2023, 08:20
    • 212

Bakıda avtomobil 40 yaşlı kişini vurub

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az- bildirir ki, Şağan qəsəbəsində yolu keçən 1983-cü il təvəllüdlü Ağayev Rauf Əli oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.