Bəşər Əsədin həbsinə ORDER VERİLDİ
    • 15-11-2023, 14:00
    • 203

Bəşər Əsədin həbsinə ORDER VERİLDİ

Fransa məhkəməsi Suriya prezidenti Bəşər Əsədin 2013-cü ildə kimyəvi silahdan istifadə etmək ittihamı ilə həbsinə order verib.

News24.az xəbər verir ki, bu barədə AFP mənbələrə istinadən məlumat yayıb.

Kimyəvi silahdan istifadə ilə bağlı ümumilikdə dörd həbs qərarı çıxarılıb. Suriya lideri ilə yanaşı, Suriya Respublika Qvardiyasının (Suriya hakimiyyətini qorumaq üçün nəzərdə tutulmuş elit hərbi birləşmə) komandiri olan qardaşı Maher Əsədə və adları açıqlanmayan daha iki generala qarşı ittihamlar irəli sürülüb.

Dördü də insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində iştirakda ittiham olunub. Dəməşq hələlik Əsədə qarşı həbs qərarına münasibət bildirməyib.

Teymur MƏMMƏDOV