"Türk hərbçiləri Suriya ərazisindən çıxarılmasa..." BƏŞƏR ƏSƏD ŞƏRT QOYDU
    • 1-09-2023, 17:36
    • 433

"Türk hərbçiləri Suriya ərazisindən çıxarılmasa..." BƏŞƏR ƏSƏD ŞƏRT QOYDU

 “Dəməşq və Ankara arasında münasibətlərin normallaşması üçün türk hərbçilərinin Suriya ərazisindən çıxarılması qaçılmaz və zəruridir”.

News24.az xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd o deyib.

Əsəd bu barədə paytaxt Dəməşqdə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşü zamanı deyib.

Suriya prezidenti iranlı nazirlə görüşdə bölgədəki vəziyyəti və qaçqınların ölkələrinə qayıtmalarını müzakirə edib. Həmçinin o, Türkiyənin Suriyadakı hərbi varlığından danışıb.

Ayşən