Qazaxıstan latın əlifbasına keçir
    • 3-04-2019, 12:44
    • 1 022

Qazaxıstan latın əlifbasına keçir

"Qazaxıstanda qazax dili mərhələ ilə latın qrafikasına keçir".

News24.az
xəbər verir ki, bunu Qazaxıstanın yeni prezidenti Qasım-Comərd Tokayev yerli mətbuata verdiyi müsahibəsində deyib. Əlifba seçiminin təkcə yazı modelinin seçimi olmadığını deyən prezident bildirib ki, Qazaxıstan zamanın diqtəsinə ayaq uydurmağa çalışır:
"Qonşu ölkələr də artıq latın qrafikasına keçiblər. Dünyada xəbərlərin 90%-i latın əlifbası ilə çap edilir. Bəllidir ki, kimin daha çox xəbər bazası varsa, onun elm və texnologiya bilgiləri genişlənir. Qazaxıstanın latın əlifbasına keçməsi mənəvi modernləşmənin əsas mərhələlərindən biridir".

Qazaxıstanın təhsil nazirliyi öz növbəsində qazax dilinin latın əlifbası ilə tətbiq olunması xəbərini təstiqləyib. Bildirilib ki, artıq uşaq bağçalarında, kolleclərdə, eləcə də orta və ali məktəblərdə artıq latın qrafikasına keçid mərhələsi başlayıb. 

Azər NƏSİBOV