MOSSAD-ın başçısı Qətərə gedir
    • 16-11-2023, 11:09
    • 238

MOSSAD-ın başçısı Qətərə gedir

İsrail kəşfiyyat və xüsusi tapşırıqlar idarəsi, Mossad-ın başçısı David Barnea HƏMAS-ın girov götürdüyü insanların azad olunmasının müzakirə etmək üçün Qətərə gedə bilər.

News24.az xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” qəzeti yayıb.

Nəşrin yazdığına görə, İsraillə HƏMAS arasında bu həftənin sonuna qədər razılaşma əldə edilə bilər: “Bu baş verərsə, İsrailin hökumət üzvləri tərəfindən təsdiqlənərsə, bir-iki gün ərzində razılaşma elan olunacaq”.

Bildirilib ki, tərəflər bir çox aspektlərdə güzəştə getmək istəmədikləri üçün İsrail və HƏMAS arasında danışıqlar son dərəcə çətin irəliləyir.

Məlumata görə, yəhudi dövləti HƏMAS-ın təklif etdiyi 5 günlük atəşkəsdən imtina edib. HƏMAS buna cavab olaraq azad etmək istədiyi girovların sayını 80 nəfərdən 50 nəfərə endirib. Bundan əlavə, İsrail uşaqların yalnız anaları ilə birlikdə buraxılmasını, Qəzza zolağından qoca girovların azad edilməsini də tələb edir. Ancaq İsrail öz həbsxanalarından yaşlı fələstinli məhbusları azad etməyə razı deyil. Buna cavab olaraq HƏMAS yaşlı israilliləri sərbəst buraxmaqdan imtina edib.